29 mart 2012 13:51

Yunis Hüseynov: Bu barədə gecə-gündüz düşünürəm

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə cavab oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- “İnter”lə oyunda niyə qələbə qazana bilmədiniz?
- Biz bu oyunda qələbəyə çox yaxın idik. Amma bəxtimiz gətirmədi. Düzdü, birinci hissədə o qədər də yaxşı oynamadıq. Amma ikinci hissədə tam üstünlük bizdə idi və çoxlu hücumlar təşkil edirdik. Rəqib isə əksinə qapımız qarşısında heç nə edə bilmirdi. Sadəcə, bir səhvə yol verdik, ondan da maksimum yararlandılar.
 
- Bəlkə onlar hesabda önə keçəndən sonra qəsdən ərazi üstünlüyünü sizə verdilər ki, əks-hücumlarda yenə qol vursunlar...
- Ola bilər. Amma bizə də yalnız qələbə lazım idi. Növbəti mərhələyə adlamağımız üçün cəmi bir qol çatışmadı. Bu nəticə məni çox məyus etdi. Qələbəyə çox yaxın olduğumuz halda, onu əldə edə bilmədik.
 
- Heyətdə ciddi dəyişikliklərə ehtiyac varmı? Son oyunun elə birinci hissəsində iki əvəzləmə etməyiniz nəyə işarə idi?
- Onlardan biri məcburiyyətdən həyata keçirildi. Dəyişikliklərə gəlincə, mən hər oyunda müəyyən eksperimentlərə əl atıram. Hələ optimal heyət axtarışındayam. Şübhəsiz ki, növbəti oyunlarda da dəyişikliklər olacaq.
 
- Gəlişinizdən bəri 3 oyun olub ki, ikisini heç-heçə, birini məğlubiyyətlə başa vurubsuz. Bundan sonra nəyə ümid edirsiz?
- Biz hələ yolun başlanğıcındayıq. Bəli, biz bir turnirdən kənarlaşdıq. Amma ölkə çempionatında daha yaxşı nəticə qazanmaq şansımızı itirməmişik. Mən özüm də klub rəhbərliyi ilə razılığa gələrkən işimin belə çətin olacağını bilirdim.
 
- Sizin üçün hazırda daha layiqli və mümkün hesab olunan nəticə hansı olardı? Ümumiyyətlə, bu vəziyyətdən necə çıxmağı düşünürsüz?
- Bizim çempionluq şanslarımız da qalır. Amma ikinci və üçüncü yerləri tutmaq da pis nəticə sayılmamalıdı. Vəziyyətdən çıxış yoluna gəlincə, mən bu barədə gecə-gündüz düşünürəm. Hər şeyi bir qələbə ilə dəyişmək olar.
 
- Bu mövsüm “İnter” komandanızı üç dəfə məğlub edib, bir dəfə heç-heçə edib...
- Bu statistikadan xəbərim yox idi. Deməli, bu oyuna daha ciddi yanaşmağımız üçün əlavə amillər də var. Mümkün qələbə komandanı hazırkı çətin durumdan çıxara bilər. Uşaqlar öz güclərinə inanırlar.
 
- Qorxmursuz ki, mövsümün sonunda “Xəzər Lənkəran” avrokuboklara vəsiqə qazana bilməsə, sizinlə vidalaşarlar?
- Qorxmuram. Əgər komandanın belə çətin durumunda məni dəvət ediblərsə, deməli, inanırlar. Fikrimcə, mənə özümü göstərmək imkanı verəcəklər və lazımı nəticəni qazanmaq imkanım olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.