29 mart 2012 14:34
Böyükağa Hacıyev: Finala çıxacağımıza inanıram
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun yarımfinalında onlara “İnter”in rəqib olmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizə kimin rəqib olması məni elə də həyəcanlandırmır. Hazırda bütün fikirlərim çempionatın bazar günü baş tutacaq “Qarabağ”la oyununa yönəlib. “İnter”ə gəlincə, mənim Kaxaber Tsxadadze ilə heç bir problemim yoxdu. Biz həmkarıq. Finala çıxmaq üçün hər ikimizin komandası sona kimi mübarizə aparacaq. Lakin mən inanıram ki, “İnter”i keçəcək və finala çıxacağıq”.