29 mart 2012 15:17
“İnterlə ardıcıl iki oyun keçirmək çox çətindi”
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 26-cı turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Həmişə demişəm ki, eyni komandayla ardıcıl iki oyun keçirmək çox çətindi Heç vaxt belə təqvimin tərəfdarı olmamışam. Amma belə bir təqvimlə qarşı-qarşıya qaldıqdan sonra, oynamağa məcburuq. “İnter”lə sonuncu kubok oyunumuzu yaxşı analiz edib, hazırlaşacağıq. Qələbə qazanmalıyıq”.
Qeyd edək ki, ötən gün bu komandaların Lənkəranda baş tutan oyunu heç-heçə başa çatmışdı (1:1). Aprelin 1-də tərəflər yenə eyni məkanda, lakin Premyer Liqa çərçivəsində üz-üzə gələcəklər.
