29 mart 2012 15:50
İnter XL-la oyuna elə Lənkəranda hazırlaşır (FOTOLAR)
“İnter” Premyer Liqanın 26-cı turu çərçivəsində qarşılaşacağı “Xəzər Lənkəran”la oyuna elə Lənkəranda hazırlaşır. Azerisport.az xəbər verir ki, bu gün keçirilən məşq Lənkəran şəhər stadionunun köməkçi meydançasında baş tutub.
Xatırladaq ki, dünən bu komanda "Xəzər Lənkəran"la kubok çərçivəsində qarşılaşmışdı. Qarşılaşma 1:1 hesabıyla başa çatmışdı.
