29 mart 2012 16:12
Sumqayıtın Turan hazırlığı (FOTOLAR)
Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Turan”ı qəbul edəcək “Sumqayıt” Futbol Klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən tur “Simurq”la oyun öncəsi son məşqdə zədələnən Ruslan Məcidov hazırlıq prosesində iştirak etmir. Bərpa prosesi keçən Timur İsrafılov və Orxan Həsənov isə yüngül qaçışla kifayətlənir.
