29 mart 2012 16:23
Berti Foqts milliyə 25 futbolçu çağırdı
Aprelin 2-dən 5-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq baş məşqçi Berti Foqts bu toplanış üçün sərəncamında görmək istədiyi futbolçuların adlarını da açıqlayıb.
Almaniyalı mütəxəssis 25 futbolçuya dəvət göndərib. Onların arasında gənc və ilk dəfə yığmaya çağırılanlar da az deyil.
Bütövlükdə, toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Andrey Popoviç (Sumqayıt), Anar Nəzirov (Turan), Emil Balayev (Sumqayıt);
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Novruz Məmmədov (Bakı), Vladimir Levin (İnter), Bədavi Hüseynov, Hacı Əhmədov (hər ikisi “Sumqayıt”), Ruslan Abışov, Ruslan Əmircanov (hər ikisi “Neftçi”), Vurğun Hüseynov, Mahir Şükürov (hər ikisi “Qəbələ”);
Yarımmüdafiəçilər: Uğur Pamuk (Sumqayıt), Aleksandr Çertoqanov (Qəbələ), Rahid Əmirquliyev (XəzərLənkəran), Aqil Nəbiyev (AZAL), Əfran İsmayılov (Qarabağ), Nizami Hacıyev (İnter), Elvin Məmmədov (Bakı);
Hücumçular: Murad Hüseynov (Qəbələ), Branimir Subaşıç (XəzərLənkəran), Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”).
