29 mart 2012 16:47
Rusiya - Azərbaycan matçı çexlərə tapşırıldı
Futzal üzrə dünya çempionatına vəsiqə uğrunda Azərbaycan və Rusiya yığmalarının cavab pley-off oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, rəqib meydanında baş tutacaq qarşılaşmanı çexiyalı hakimlər idarə edəcəklər.
Belə ki, UEFA bu qarşılaşmaya Karel Henix və Yan Krestanı təyin edib. Görüş Tümendəki mərkəzi arenada keçiriləcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun Bakıda keçirilmiş və rusların 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.
