29 mart 2012 17:37
Bir komandanın 20 futbolçusu faciəvi şəkildə öldü
Konqonun “Virgin” klubunun 20 futbolçusu həyatını itirib. Azerisport.az xəbər verir ki, hadisə komanda üzvlərinin Zambiyadan Konqoya dönərkən, çayı keçən gəminin aşması nəticəsində baş verib.
Futbolçuları və azarkeşləri daşıyan 3 gəmi yaxınlıqdan başqa bir gəminin keçməsi ilə yaranmış şiddətli dalğaların təsiri ilə çevrilib. Qəza zamanı gəmidə 100 nəfər olub. Onlardan 80-i həyatını xilas etmək mümkün olub.
Faciəvi hadisə ilə əlaqədar FİFA prezidenti Yozef Blatter Konqo Futbol Federasiyasının prezidenti Konstant Omari Selemaniyə başsağlığı verib.
