29 mart 2012 17:58
“Neftçi üzərindəki qələbə bizi çempion etməyəcək”
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov Premyer Liqanın 26-cı turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Qəbələ” ilə ötən gün keçirilən kubok oyunundakı qolsuz heç-heçə sayəsində yarımfinala çıxdınız. Sizi, bu hesab qane edirdi?
- Xeyr. Biz heç-heçəyə oynamırdıq. Hamımız qələbə qazanmaq üçün meydana çıxmışdıq. Amma “Qəbələ” bizim üçün çox çətin rəqibdi. Bu mövsüm onları məğlub edə bilmirik. Ona görə də son oyunda qələbə qazanmaq istəyirdik. Alınmadı. Lakin əsas yarımfinala çıxmaq idi ki, bunu da bacardıq.

- “Qəbələ”ni heç cür yenə bilməməyiniz nə ilə bağlıdı?
- Sadəcə alınmır. Son çempionat oyunumuzda 1:1 hesabı qeydə alınsa da, bir neçə oyuna bəs edəcək qədər qol epizodlarımız olmuşdu. Oyuna görə rəqibdən qətiyyən geri qalmırıq. Mən hətta deyərdim ki, “Qarabağ” ən yaxşı oyunlarını elə bu komandaya qarşı keçirib. Amma hərdən futbolda belə də olur ki, yaxşı oynadığın halda məğlub olursan, pis oynadığın halda qələbə qazanırsan.

- Yarımfinalda sizi “Bakı” gözləyir...
- “Bakı” ilə oyunlara hələ xeyli vaxt var. O vaxta kimi çox şey dəyişə bilər. Düzünü desəm, hələ o oyunlar haqda düşünmürəm.
- Yəqin ki, hazırda bütün fikirlərini “Neftçi” ilə oyuna yönəlib...
- Bu, aydın məsələdi. Həmişəki kimi, bizi çox çətin oyun gözləyir. Ciddi hazırlaşırıq.
- Mümkün qələbə “Qarabağ”ın liderlər fərqi ikiyə endirməsinə gətirib çıxaracaq...
- Biz bunu yaxşı başa düşürük və qələbə qazanmaq istəyirik. Amma istənilən halda bu, ciddi dəyişikliklərə səbəb olmayacaq. Ən azından çempion olmayacağıq. Hələ qarşıda qazanılası çox oyun var.
- Hər halda “Neftçi” ilə oyunda qazanılacaq qələbə çempionluq şanslarınızı artırmış olacaq...
- Çempionluq haqda düşünmək hələ tezdi. Çünki Premyer Liqada bir məğlubiyyət hər şeyi dəyişir. Turnir cədvəlində vəziyyət elədi ki, heç nə düşünmək olmur. İndi bütün komandaların şansları yüksəkdi. Düzdü, gizlətmirəm ki, çempion olmağı çox istəyirəm. Amma bu barədə çox düşünmürəm.
- Çempionluğu hər komanda istəsə də, bütün kollektivlər final mərhələsində “Qarabağ” qədər inamlı görünmür...
- “Qəbələ” ilə komandamız final mərələsində pis təsir bağışlamır. Amma bu, heç nədən xəbər vermir. Bizi hələ “Neftçi”, “İnter” kimi komandalarla oyunlar gözləyir.