29 mart 2012 18:35
“Bütün komanda olaraq uğursuzluq zolağından çıxmaq istəyirik”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Turan”ı qəbul edəcək “Sumqayıt” Futbol Klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Ramil Həşimzadə klubun rəsmi saytına açıqlama verib:
“Simurq”nan oyunda komanda inamlı təsir bağışladı. Lakin qapımızdan buraxdığımız erkən qol uşaqlara pis təsir etdi. İkinci hissəyə də yaxşı başladıq. Bu dəfə də ilk qolu Zaqatala klubu vurdu. Oyun ərzində kifayət qədər qol vurmaq üçün imkan qazandıq, lakin bir dəfə fərqlənə bildik. Birinci dövrədən fərqli olaraq, fasilədən sonra komandanın müdafiə xətti inamsız oyunu ilə seçilir. Artıq bütün komanda olaraq uğursuzluq zolağından çıxmaq istəyirik. İnşallah “Turan”la görüşdə qələbə qazanırıq”.
