29 mart 2012 19:18
“Onlar haqda bütün məlumatları Berti Foqtsa göndərdim”
Məlum olduğu kimi, aprelin 2-dən 5-dək Bakı şəhərində futbol üzrə Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışı təşkil olunacaq. Yığmamızın məşqçilər korpusunda yer alan Nazim Süleymanov azerisport.az saytına müsahibəsində əsas komandaya dəvət alan futbolçularla bağlı fikirlərini açıqlayıb:
“Yığmaya dəvət alan bütün futbolçular haqda danışa bilmərəm. Yalnız ölkə kubokunun ötən gün Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “İnter” matçında gördüyüm oyunçulardan söhbət aça bilərəm. Yığmanın baş məşqçisi Berti Foqts məni bu oyuna göndərmişdi ki, milli üzvlərini iş başında görüm. Mən də bütün informasiyaları toplayıb, ona göndərdim. Bəzi futbolçular milliyə dəvət almayıblar. Amma düşünürəm ki, gələcək oyunlarda onlar da özlərini göstərəcəklər və əsas komandadakı yerlərini alacaqlar”.

Yeri gəlmişkən qeyd edək ki, qarşıdakı toplanışdan bir gün öncə keçiriləcək oyunlardan hansınısa Foqtsun özünün də izləməsi istisna deyil.