29 mart 2012 12:03
Azərbaycan yığması almanlarla sülhə razılaşdı
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız “SV Wehen Wiesbaden” klubunun U-17 komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Mahir Mədətov fərqlənib.
