29 mart 2012 12:41
Neftçinin kapitanı sıradan çıxdı
“Neftçi”nin kapitanı Rail Məlikov qeyri-müəyyən müddətə sıradan çıxıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçunun ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqdi.
Amma bu müddət iki aya qədər də uzana bilər. Futbolçunun özünü dinləyək:
“Məndə bu zədə çoxdan var idi. Son oyunda da iynəylə oynadım. Lakin oyundan sonra həkimlər mənə müalicə yazdılar. İki həftə müalicə almalıyam. Müalicədən sonra necə olacağına isə baxacağıq. Əlbəttə, təəssüf ki, komandamın belə vacib oyunlarında oyundaşlarıma kömək edə bilməyəcəm. Amma nə etmək olar, gözləməliyəm”.