29 mart 2012 12:57
Birinci divizion: 23-cü turun proqramı açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunun 23-cü turunun oyun cədvəli açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Qeyd edək ki, növbəti turun bütün oyunları eyni gündə - bazar günü keçiriləcək. Qarşılaşmaların keçirilmə yerləri və başlama saatları isə aşağıdakı kimidi:
Birinci divizion
23-cü tur
1 aprel (bazar)
Şuşa - Neftçala
Bakı. "Şəfa" stadionu, 4-cü meydança. Saat 15:00.
Şahdağ - Bakılı
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu. Saat 15:00.
Göyəzən - MOİK
Qazax. Şəhər stadionu. Saat 15:00.
Muğan - Qaradağ Lökbatan
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 15:00.
Tərəqqi - Şəmkir
Gəncə. Şəhər stadionu. Saat 15:00.
Lokomotiv - Energetik
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu (süni örtüklü meydança). Saat 17:00.
