30 mart 2012 13:02
Qarabağda Rəşad Sadıqov şoku
“Qarabağ”ın lideri Rəşad Sadıqov Premyer Liqanın 26-cı turunun “Neftçi” ilə oyununu buraxa bilər. Azerisport.az saytına müsahibəsində bu barədə təcrübəli futbolçu özü məlumat verib.
“Qəbələ” ilə son oyunun axırlarında cərimə zərbəsini yerinə yetirərkən ayağımda güclü ağrı hiss etdim. Oyundan sonra rentgen etdilər. İndi həkimlərin qərarını gözləyirəm. Onların sözlərinə görə 10 günlük müalicəyə ehtiyac var. Belə olan halda qarşıdakı iki oyunu buraxa bilərəm. Quzanlıda həkimlərlə bir daha danışacağam. Məhz onların qərarından asılı olaraq, yığmanın qarşıdakı toplanışında iştirakım da sual altındadı. Bu bardə Berti Foqtsla da danışacağam”.
