30 mart 2012 00:46

Georgi Nikolov: Biz qızıl dubla imza atacaq gücdə deyilik

 “İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində komandasının çıxışından danışıb, şanslarını dəyərləndirib.
 
- Sizi ölkə kubokunun yarımfinalına çıxmağınız münasibəti ilə təbrik etmək olar?
- Bəli, əlbəttə! Çox sağ olun! Lənkərandakı oyunumuz çox çətin alındı.
 
- Evdəki 3:2 hesablı qələbədən sonra mərhələ keçəcəyinizə inanırdınız?
- Mən sadəcə arzuladığımız nəticəyə nail olacağımıza əmin idim. Son dövrlər “Xəzər Lənkəran”la oyunlarımız alınır. Şadam ki, bu dəfə də istisna olmadı.
 
- Bu komandanı da “abonent”iniz hesab etmirsiz ki?
- (gülür) Xahiş edirəm, bu sözü hallandırmayasız. Çempionat sona yaxınlaşır. Hamını özümüzdən küsdürməyək. Mən sülh şəraitində yaşamağa üstünlük verirəm.
 
- Komanda kubok oyunundan sonra da Lənkəranda qaldı...
- Bəli. Öncə biz Bakıya qayıdıb, yenidən ora getmək haqda düşünürdük. Lakin son anda orda qalmağa üstünlük verdik. Uşaqları paytaxta gətirməkdə heç bir məna görmürdüm. Onsuz da bazar günü yenidən eyni məkanda oyuna çıxmalıdılar.
 
- “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bildirib ki, bir həftə içində eyni komanda ilə qarşılaşmağı sevmir...
- Mən də onunla tam razıyam. Əlbəttə, mən məşqçi deyiləm. Amma başa düşürəm ki, qısa müddət ərzində ardıcıl eyni komanda ilə görüşmək nə qədər ağırdı. Yadıma gəlir, 2-3 il öncə “Neftçi” ilə “İnter” az qala bir həftə içində 3 dəfə üz-üzə gələcəkdilər.
 
- Komandanızın daha çox hansı turnirdə uğur qazanması sizin üçün cəlbedicidi?
- Siz məni seçim qarşısında qoyursuz? (gülür). Mən çox istəyirəm ki, kubokda qələbə qazanaq. Biz artıq dörd dəfə kubokun finalına çıxmışıq. Amma hər dəfə həlledici oyunda qələbə qazanmağımıza nəsə mane olub. İki dəfə yolumuzu “Xəzər Lənkəran” kəsib. Amma aydın məsələdi ki, heç kim çempionluqdan da imtina etməzdi.
 
- O zaman “qızıl dubl”a ümid edirsiz?
- Qoy uşaqlar məndən inciməsinlər, amma mən düşünürəm ki, biz iki mükafatı da qazanacaq gücdə deyilik. Azərbaycanda belə komanda artıq neçə mövsümdü ki, yoxdu. Sonuncu dəfə belə bir uğura lənkəranlılar imza atıblar.
 

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.