30 mart 2012 14:42
Rəşad Sadıqov: Neftçi ilə heç-heçənin də əleyhinə olmazdım
“Qarabağ”ın və futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov Premyer Liqanın 26-cı turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Bu, çox vacib qarşılaşma olacaq. Təkcə bizim üçün yox, eyni zamanda da rəqib üçün. Oyun ətrafında çox böyük ajiotaj var. “Neftçi” çempionatın favoritidi və bizi 5 xal qabaqlayır. Onu da unutmamaq lazımdı ki, rəqib komandanın aparıcı futbolçularına son kubok oyununda istirahət verilmişdi. Biz isə əsas heyətlə “Qəbələ”yə qarşı sona kimi mübarizə apardıq”.
“Bu, çox vacib qarşılaşma olacaq. Təkcə bizim üçün yox, eyni zamanda da rəqib üçün. Oyun ətrafında çox böyük ajiotaj var. “Neftçi” çempionatın favoritidi və bizi 5 xal qabaqlayır. Onu da unutmamaq lazımdı ki, rəqib komandanın aparıcı futbolçularına son kubok oyununda istirahət verilmişdi. Biz isə əsas heyətlə “Qəbələ”yə qarşı sona kimi mübarizə apardıq”.
Ağdam klubunun lideri bakılılarla son oyunları da yada salıb: “Neftçi”yə qarşı ağıllı oyun sərgiləmək lazımdı. Son iki oyunu yada salmaq istərdim. Həmin oyunların hər ikisində biz hücuma atıldıq, onlar isə boşluqlardan yararlanıb, qələbə qazandılar. Bakılıların güclü hücum xətti var və ona görə də bu komandayla oyunda risk etməyə ehtiyac yoxdu. Düzünü deyim ki, mən hətta heç-heçənin də əleyhinə olmazdım”.
Sadıqov çempionluq şanslarını da dəyərləndirib: “Bu barədə danışmaq hələ tezdi. Çünki qarşıda hələ yeddi tur var. Bu barədə sona iki tur qalmış danışmaq olar. “Qarabağ”ın qarşıda çox vacib oyunları var. Xüsusilə “Qəbələ”, “Xəzər Lənkəran”, “İnter” kimi çətin rəqiblərlə səfər oyunlarını qeyd etmək istərdim. Bizi belə oyunlar gözlədiyi halda necə çempionluqdan danışmaq olar? Bizim hazırkı hədəfimiz iki və üçüncü yerlər uğrunda mübarizə aparmaqdan ibarətdi”.
Millimizin üzvü sonda aldığı zədədən də danışıb və bildirib ki, nəinki komandasının qarşıdakı oyunlarını, hətta Azərbaycan yığmasının təlim-məşq toplanışını da buraxa bilər: “Qəbələ” ilə son oyunun axırlarında cərimə zərbəsini yerinə yetirərkən ayağımda güclü ağrı hiss etdim. Oyundan sonra rentgen etdilər. İndi həkimlərin qərarını gözləyirəm. Onların sözlərinə görə 10 günlük müalicəyə ehtiyac var. Belə olan halda qarşıdakı iki oyunu buraxa bilərəm. Quzanlıda həkimlərlə bir daha danışacağam. Məhz onların qərarından asılı olaraq, yığmanın qarşıdakı toplanışında iştirakım da sual altındadı. Bu bardə Berti Foqtsla da danışacağam”.
