30 mart 2012 14:51
Nazim Süleymanov turun mərkəzi oyununu seçdi
Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov Quzanlaya gedir. Azerisport.az xəbər verir ki, o, Ağdamda keçiriləcək Premyer Liqanın “Qarabağ” – “Neftçi” oyununu canlı izləyəcək.
Süleymanov bu oyunda milli üzvləri ilə bağlı qeydlər aparacaq və Berti Foqtsa təqdim edəcək.
Baş məşqçi Berti Foqtsun isə hələlik bu turda hansı oyunu izləyəcəyi dəqiq bilinmir.
