30 mart 2012 15:02
Çelikel: Qarabağ futbolçularını yığmaya buraxmayacaq
“Qarabağ” öz futbolçularını futbol üzrə Azərbaycan yığmasının aprelin 2-dən 5-dək Bakıda baş tutacaq təlim-məşq toplanışına buraxmayacaq. Bu barədə azerisport.az saytına Ağdam klubunun baş direktoru Emrah Çelikel məlumat verib.
“İlin əvvəlində klubların hamısına təqvim təqdim olunub. Həmin təqvimdə yığmanın bu toplanışı göstərilməyib. Eyni zamanda hazırkı təqvimin də çox gərgin olduğunu nəzərə alaraq, futbolçularımızı Azərbaycan yığmasına göndərmək istəmirik. Bu barədə AFFA-ya göndərdiyimiz məktubda da məlumat vermişik. Toplanış ayın 5-də başa çatacaq. Biz isə ayın 7-də “İnter”lə çətin oyuna çıxmalıyıq. Buna görə də “Qarabağ”ın futbolçuları qarşıdakı toplanışda olmayacaqlar”.
