30 mart 2012 15:23
Böyükağa Hacıyev: Quzanlıda qələbəyə oynayacağıq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 26-cı turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çempionatın ən güclü komandalarından birinə qarşı oynayacağıq. “Qarabağ”ın oyunu mənim xoşuma gəlir. Qurban Qurbanov güclü kollektiv yarada bilib. Onlar bizə yaxınlaşıblar. Amma bu oyunda biz üstünlüyümüzü daha da artıra bilərik. İstənilən halda, qələbəyə oynayacağıq”.