30 mart 2012 15:31
Panionios Arazın xidmətindən məhrum ola bilər
Yunanıstanın “Panionios” klubunun və futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Araz Abdullayev zədələnib. Azerisport.az xəbər verir ki, millimizin üzvü son məşqlərin birində dabanından zərbə alıb.
Bu üzdən də həkimlər onu müayinə etməlidilər. İlkin məlumatlara görə, futbolçumuz qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Abdullayev əslində İngiltərənin “Everton” klubuna məxsusdu. Afina klubunda isə o, icarə əsasında çıxış edir.
