30 mart 2012 15:54
Fatih Kavlak: Bakını məğlub edə bilərik
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 26-cı turunun “Bakı”yla oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində türkiyəli mütəxəssis bunları dilə gətirib:
“Kubokda mübarizəmizi dayandırdıqdan sonra bütün fikirlərimizi çempionata yönəltməyə məcburuq. Səfərdə oynayacağıq. “Bakı” ilə onun meydanında qarşılaşmaq çox çətindi. Bütün ümidlərimiz çempionatadı. Ona görə də qarşıdakı hər oyunda qələbə qazanmaq məcburiyyətindəyik. “Bakı” güclü komandadı, əla heyəti var. Amma “Qəbələ” bu komandanı məğlub edə bilər. Bunu göstərməyə çalışacağıq”.
