30 mart 2012 16:00
Mirça Rednik XL-da çalışdığı məşqçilərlə birgə Astrada
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, Rednik məşqçilik karyerasını vətəni Rumıniyanın yüksək liqasında yarışan “Astra” komandasında davam etdirəcək.
Klubun prezidenti Dinu George Rumıniya mətbuatına açıqlamasında məlumatı təsdiqləyib. O, artıq Redniklə 2.5 illik müqavilə bağladıqlarını deyib.
Maraq üçün qeyd edək ki, onun bir neçə gün öncə “Petrolul”la anlaşdığı bildirilirdi. Lakin son anda o, fikrini dəyişib və “Astra”ya üstünlük verib. Yeri gəlmişkən, Rednik “Xəzər lənkəran”dakı köməkçilərini də özüylə bərabər “Astra”ya götürüb. Belə ki, həm Mihay Teja, həm də Covanni Melkiorre baş məşqçinin köməkçisi olacaqlar.
