30 mart 2012 16:50
Levin millidən kənar qaldı, Hacıyevin iştirakı sual altındadı
“İnter”in müdafiəçisi Vladimir Levin futbol üzrə Azərbaycan yığmasının qarşıdakı toplanışından iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, “bankirlər”in kapitanı şəxsi işləri ilə əlaqədar Kiyevə yola düşəcək.
Maraqlıdı ki, paytaxt klubunun yığmaya çağırılan daha bir futbolçusu – Niazmi Hacıyevin də toplanışda iştirakı sual altındadı. Millinin hazırlıq prosesi aprelin 2-dən 5-dək Bakıda baş tutacaq.
