30 mart 2012 17:07
Yunis Hüseynov da milli üzvlərini buraxmaq istəmir
“Xəzər Lənkəran”ın da futbolçuları Azərbaycan yığmasının aprelin 2-dən 5-dək Bakıda baş tutacaq təlim-məşq toplanışına qatılmaya bilərlər. Azerisport.az saytına müsahibəsində bu barədə “ağ-yaşıllar”ın baş məşqçisi Yunis Hüseynov məlumat verib.
“Mən də bu barədə düşünmüşəm. Amma etiraf edim ki, hələ yekun qərara gəlməmişəm. Sabah dəqiqləşdirib, yekun sözümü deyəcəm. İstisna deyil ki, mən də futbolçularımızı yığmaya buraxmayım”.
Qeyd edək ki, artıq “Qarabağ” milli üzvlərini toplanışa buraxmayacağını rəsmən açıqlayıb. Lənkəranlıların heyətindən Kamran Ağayev, Rahid Əmirquliyev və Branimir Subaşıç Berti Foqtsdan dəvət alıb.
