30 mart 2012 17:24
Türkiyə Azərbaycana rəqib oldu
Xəbər verdiyimiz kimi, aprelin 27-dən mayın 3-dək Qazaxıstanın Almatı şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında V Beynəlxalq “Prezident kuboku” turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edəcək komandaların siyahısında dəyişiklik baş verib.
B qrupunda yığmamızla mübarizə aparmalı olan Çin komandasının əvəzinə “Prezident kuboku”nda Türkiyə yığması çıxış edəcək. Turnirin təqvimini bir daha diqqətinizə çatdırırıq:
A qrupu
Qazaxıstan
Macarıstan
Türkmənistan
Ermənistan
B qrupu
Türkiyə
Azərbaycan
İran
Gürcüstan
28 aprel
09:00. Türkiyə – İran
11:00. Azərbaycan – Gürcüstan
13:00. Macarıstan – Ermənistan
17:30. Açılış mərasimi
18:00. Qazaxıstan – Türkmənistan
29 aprel
09:00. İran – Gürcüstan
12:00. Türkiyə – Azərbaycan
15:00. Ermənistan – Türkmənistan
18:00. Qazaxıstan – Macarıstan
1 may
09:00. Gürcüstan – Türkiyə
12:00. Azərbaycan – İran
15:00. Macarıstan – Türkmənistan
18:00. Qazaxıstan – Ermənistan
2 may
09:00. 7-ci yer uğrunda oyun
11:00. 5-ci yer uğrunda oyun
13:00. 3-cü yer uğrunda oyun
18:00. Final
19:50. Mükafatlandırma mərasimi
Xatırladaq ki, 2011-ci ildə keçirilmiş «Prezident kuboku»nun qalibi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması olub.
