30 mart 2012 17:18

Azərbaycan derbisi tarix və rəqəmlərin dili ilə

Bazar günü Azərbaycan derbisi baş tutacaq. Azerisport.az xəbər verir ki, Premyer Liqanın final mərhələsinin 4-cü turunda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
 
Görüş eyni zamanda ilk 2 pillədə qərarlaşanların dueli kimi də yadda qalacaq. Bütün çempionatların iştirakçısı olan tərəflər tarixlərində 59-cu, çempionatlarda isə 47-ci dəfə qarşılaşaqlar.
 
Derbi öncəsi qarışdurmayla bağlı bütün maraqlı faktları diqqətinizə çatdırırıq.
 
*** İndiyə kimi tərəflər arasında 58 oyun keçirilib
*** 58 oyunun 46-sı çempionatda, 12-si isə kubokda baş tutub
*** Hər 2 klub bütün çempionatların iştirakçısı olsa da, 1993-cü ildə baş tutan 2-ci çempionatda tərəflər reqlamentlə əlaqədar üz-üzə gəlməyiblər
*** Tərəflər arasında ilk görüş 1992-ci ilin sentyabrın 26-sında baş tutub. Mərkəzi arenada baş tutan görüşdə ağdamlılardan Zaur Qarayev derbidə ilk qolun müəllifi kimi düşsə də, Rüstəm Rəhimovun idarə etdiyi matç Beydiyevin cavab qoluyla matç 1:1 başa çatıb.
*** Oktyabrın 20-sində isə “İmarət” stadionunda ilk görüş baş tutdu. Bu dəfə də Beydiyev bakılıların heyətində fərqlənsə də, Elşad Əhmədov və Mahir Əliyevin qolları Ağdam klubunun ilk qələbəsini reallaşdırıb.
*** Bu tərəflərin çempionatda “İmarət” stadionunda baş tutduğu yeganə oyun olub (hələlik)
*** “Qarabağ” “İmarət”də baş tutan 2-ci və sonuncu oyunda da “ağ-qaralar”a qalib gəlib. 1993-cü il mövsümünün kubokunun ¼ finalında bu komanda yenə 2:1-lik qələbə qazanıb. 28 apreldə baş tutan oyun Ağdamda sonuncu olub. (“Qarabağ” cavab oyununda qolsuz bərabərliklə mərhələ adladı və sonda “qızıl dubl” etdi)
*** Ümumiyyətlə, “Neftçi” müstəqilliyimizin ilk illərində “Qarabağ”ı yenməkdə çətinlik çəkib. İlk 7 derbidə “Qarabağ” “Neftçi”yə qələbə sevinci yaşamağa imkan verməyib.
*** “Neftçi” ilk dəfə 1994/1995 mövsümündə evdə 3:2-lik qələbəyə sevinib.
***  Çempionatda “Neftçi” 14, “Qarabağ” 12 qələbə qazanıb.2000-2001 mövsümündə “Neftçi”yə 3:0-lıq texniki qələbə verilib
*** Kubokda ağdamlılar 5 dəfə, bakılılar 3 dəfə qələbəyə sevinib.
*** 58 oyunda “Neftçi” 55, “Qarabağ” isə 45 qol vurub
*** “Qarabağ” səfərdə “ağ-qaralar”a 2006-cı ilin fevralın 16-da məğlub olduqdan sonra 2010-un noyabrın 28-inə kimi 1873 gün rəqibinə 11 oyunda uduzmamaqla ən uğurlu seriyanı əldə edib.
*** “Qarabağ” – “Neftçi” duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdu (8)
*** “Neftçi”nin heyətində “Qarabağ”a ən çox qol vurmuş futbolçu Qurban Qurbanovdu (5)
*** “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdu
*** Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardı
*** Səttar Əliyev “Neftçi”yə qol vurmaqla yanaşı bir oyunda avtoqola imza atıb.
*** Duellər tarixində digər avtoqollara isə Elxan Müslümov və Admir Teli imza atıb (Qarabağ)
*** Duellər ərzində tərəflər hərəyə 2 dəfə (“Qarabağ” - Mehman Alışanov, Emin Salmanov. “Neftçi” -  Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola sevinsələr də, mayın 13-də Adamiya fərqlənməklə “Qarabağ”ı bir addım önə çıxardı
*** Adamiya eyni zamanda duellər tarixində het-trik edən yeganə futbolçudu. 30 yaşlı forvard sabiq komandasına 3 qol vurmaqla “Qarabağ”ın “Neftçi” üzərində yeganə böyükhesablı qələbəsini qazandırıb
*** Elə “Neftçi” də cəmi bir dəfə bunu bacarıb. 2000-ci ilin noyabrın 4-də Respublika stadionunda “ağ-qaralar”ın 4:0-lıq qələbəsi qeydə alınıb
*** Elə həmin çempionatda “Qarabağ”ın heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə “Neftçi”yə texniki qələbə verilib
*** “Neftçi”yə ötən mövsümkü məğlubiyyətə qədər “ağ-qaralar” “Qarabağ`ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə hazırda “Qarabağ”ın şərəfini qoruyan Adamiya imza atıb
*** Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)
*** “Qarabağ” – “Neftçi” arasında sadəcə 1 oyunda vərəqə göstərilməyib. Həmin oyundan 11 il keçir
*** İndiyə kimi derbidə 9 qırmızı vərəqə göstərilib
*** Aslan Kərimov  2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdi
*** Qırmızı vərəqə alanlardan Arif Əsədov “Neftçi”nin baş məşqçisi olub, Elçin Rəhmanov isə `hazırda “Qarabağ”ın məşqçisidi
*** Hazırda 8 futbolçu hər 2 komandanın heyətində top qovub
*** Tərəflər ən Respublika stadionunda qarşılaşıblar. 27 dəfə
*** İndiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər
*** Derbini ən çox Xəqani Məmmədov (11), Rövşən Əhmədov  (8) Vüsal Əliyev  (7) idarə ediblər.
 
"Qarabağ"ın mətbuat xidməti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.