30 mart 2012 17:31
Millinin təlim-məşq toplanışı ləğv olundu
Xəbər verdiyimiz kimi, aprelin 2-dən 5-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulmuşdu. Lakin hazırlıq prosesi ləğv olunub.
Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Premyer Liqada vacib oyunların olması və klubların müraciətləri nəzərə alınaraq, baş məşqçi Berti Foqtsun qərarı ilə millinin təlim-məşq toplanışı təxirə salınıb.
