30 mart 2012 18:11

“Hakimlik artıq 30 il əvvəl olduğu kimi hobbi deyil”

Azerisport.az sizi FİFA təlimatçısı, rusiyalı mütəxəssis Valentin İvanovun müsahibəsi ilə tanış edir.
 
- Qadın hakimlər üçün təşkil olunmuş seminarla bağlı təəssüratlarınız necədi?
- Təşkilatçılıq yüksək səviyyədədir və bütün işlər vaxtında görülür. Principcə, seminar iştirakçılarından razıyam. Doğrudur, hakimlərin səviyyəsi müxtəlif ola bilər. Çünki bəziləri uzun müddətdir ki, hakimlik edir, bəziləri isə bu işə yeni başlayıb. Hamıdan eyni səviyyə gözləmək düzgün olmazdı. Ancaq onların hamısı seminara böyük maraq göstərir.  Aydın olmayan məsələləri soruşur və öz fikirlərini bildirirlər. Seminar başlayanda onlara demişdim ki, sual verməkdən çəkinməyin.
 
- Qadın hakimlərimizin səviyyəsini necə qiymətləndirərdiniz?
- Qiymətləndirmə aparmaq üçün ilk növbədə onların idarə etdikləri oyunları görmək lazımdı. Mənə qadın hakimlərin idarə etdiyi oyunlardan fraqmentlər olan disk vermişdilər. Ancaq hakimə qiymət verməkdən ötrü gərək bütün oyunu izləyəsən. Ona görə də konkret fikir bildirmək çətindi.
 
- Bakıda olduğunuz müddətdə hər hansı oyunu izləmək imkanınız oldumu?
- Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən AZAL – “Bakı” oyununu izlədim. Gənc hakim Əliyar Ağayevin və ümumilikdə, hakimlər briqadasının idarəçiliyini bəyəndim. Bu, o deməkdi ki, Azərbaycanda hakimlərlə iş düzgün qurulub. Ümid edirəm ki, qadın hakimlərin də də hazırlıq prosesində hər hansı problem yoxdu.
 
- Fikrinizcə, hakimliyin səviyyəsini yüksəltmək üçün hansı vacib amillər var?
- İlk növbədə hakimliyə gələnlərə izah etmək lazımdır ki, bu, 30 il əvvəl olduğu kimi hobbi deyil. İndi futbola böyük pullar yatırılır, klublar külli miqdarda vəsait xərcləyir. Bu baxımdan hakim böyük məsuliyyət daşıyır. Hazırlıq yüksək səviyyədə olmalıdır. Vaxt ötdükcə bu işi bacaranlar qalır, digərləri isə bu sahədən uzaqlaşır. Azərbaycanda hakimlərin yaşını nəzərə alsaq, inkişaf perspektivinin olduğunu düşünürəm. Belə seminarların keçirilməsi, UEFA-dan bu işə məsul şəxslərin gəlməsi böyük səmərə verir. Bu, hakimlərin nəzəri biliklərinin artırılmasına və ümumi hazırlığa müsbət təsir göstərir. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.