30 mart 2012 19:04
“AFFA bu dəfə də klublara anlayışla yanaşdı”
“Qarabağ”ın baş direktoru Emrah Çelikel AFFA rəhbərliyinin Azərbaycan yığmasının aprelin 2-dən 5-dək Bakıda keçirilməli olan təlim-məşq toplanışını ləğv etməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“AFFA həmişə bizə anlayışla yanaşıb. Bu dəfə də istisna olmadı. “Qarabağ” da öz növbəsində yığmamızın yaxşı nəticələr qazanmasında, baxımlı oyun sərgiləməsində maraqlıdı. Amma qarşıda millini heç bir rəsmi oyun gözləmir. Yəqin ki, onlar da həm bunu, həm də Premyer Liqadakı gərgin qrafiki nəzərə alaraq, toplanışın təxirə salınmasına qərar verdilər. Buna görə AFFA-nın baş katibi Elxan Məmmədov başda olmaqla hər kəsə minnətdarlığımızı bildirirəm”.