31 mart 2012 14:09

Növbəti sindroma son qoymaq şansı

“Qəbələ” həftəsonu keçiriləcək Premyer Liqanın 26-cı turunda “Bakı”  klubu ilə görüşəcək. Azerisport.az xəbər verir ki, aprelin 1-də baş tutacaq görüş rəqiblər arasında 21-ci matç olacaq.
 
Əvvəlki 20 qarşılaşmanın balansı heç də Fatih Kavlakın yetirmələrinin xeyrinə deyil. Lakin qış fasiləsindən sonra bütün rəqibləri üçün kabusa çevrilən “Qəbələ” ötən tur qırdığı “İnter” sindromunun ardından “Bakı” ilə oyunlarda eyni uğura imza atmağa çalışacaq.
 
14 çempionat və 6 kubok oyunu arxada qoyan rəqiblərin duellərində 2 qələbəsi olan qəbələlilər sonuncu dəfə 2010-cü il mayın 1-də qalib gəlib. Sonrakı 701 gündə keçirilən 6 oyunda “Qəbələ”nin hesabında 2 heç-heçə və 4 məğlubiyyəti var. Ümumilikdə isə 13 dəfə qalib gələn “Bakı” ilə 5 dəfə heç-heçə edən ”Qəbələ” top fərqində də geridədir – 8:25. Hər iki qələbəsini öz meydanında əldə edən “Qəbələ” səfərdə qalib gəlməməklə yanaşı son 3 görüşdə məğlub olub.
 
Çempionatda 14 matçda bakılılar 10, Qəbələ təmsilçisi 2 dəfə sevinib və 2 sülhlə kifayətləniblər. Burdakı top fərqi “Bakı”nın xeyrinədir – 19:6. Kubokdakı 3 dueldə baş tutan 6 oyunda “Bakı” 3 qələbə qazanıb və 3 heç-heçə edib. Lakin qələbə qazanmasa belə “Qəbələ” 1 dəfə penaltilər seriyasında mərhələ keçməyi bacarıb. Top fərqində isə paytaxt təmsilçilərinin üstünlüyü hiss olunur – 6:2. 
 
2006/07 29.10.2006 Premyer Liqa Bakı - Gilan (Qəbələ) 1:0
2006/07 21.11.2006 Azərbaycan kuboku, 1/8 final Gilan (Qəbələ) - Bakı 0:2
2006/07 02.12.2006 Azərbaycan kuboku, 1/8 final Bakı - Gilan (Qəbələ) 1:0
2006/07 18.04.2007 Premyer Liqa Gilan (Qəbələ) - Bakı 0:1
2007/08 19.08.2007 Premyer Liqa Qəbələ - Bakı 2:0
2007/08 24.02.2008 Premyer Liqa Bakı - Qəbələ 3:0
2007/08 06.03.2008 Azərbaycan kuboku, 1/4 final Bakı - Qəbələ 1:1
2007/08 20.03.2008 Azərbaycan kuboku, 1/4 final Qəbələ - Bakı 1:1, p.4:3
2008/09 09.11.2008 Premyer Liqa Bakı - Qəbələ 3:0
2008/09 25.04.2009 Premyer Liqa Qəbələ - Bakı 0:1
2009/10 31.10.2009 Premyer Liqa Qəbələ - Bakı 0:2
2009/10 13.02.2010 Premyer Liqa Bakı - Qəbələ 2:0
2009/10 28.03.2010 Premyer Liqa Bakı - Qəbələ 1:1
2009/10 01.05.2010 Premyer Liqa Qəbələ - Bakı 1:0
2010/11 22.08.2010 Premyer Liqa Bakı - Qəbələ 2:1
2010/11 23.12.2010 Premyer Liqa Qəbələ - Bakı 0:1
2010/11 03.03.2011 Azərbaycan kuboku, 1/4 final Qəbələ - Bakı 0:0
2010/11 08.03.2011 Azərbaycan kuboku, 1/4 final Bakı - Qəbələ 1:0
2011/12 07.08.2011 Premyer Liqa Qəbələ - Bakı 0:0
2011/12 26.11.2011 Premyer Liqa Bakı - Qəbələ 2:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.