31 mart 2012 14:26
Ukrayna çempionatı da Azərbaycanda!
Azərbaycanda futbol üzrə Ukrayna Premyer Liqasının da oyunları yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı Premyer Liqanın rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, bu barədə sözügedən qurumla Azərbaycan dövlət televiziyası (AzTV) arasında rəsmi anlaşma da imzalanıb.
Razılığa əsasən AzTV artıq aprelin 1-dən sözügedən ölkə çempionatının oyunlarının yayımına başlayacaq. Telekanal ilk olaraq sabah keçiriləcək 25-ci turun “Vorskla” (Poltava) – “Şaxtyor” (Donetsk) matçını canlı olaraq azərbaycanlı futbolsevərlərə təqdim edəcək.
Maraq üçün qeyd edək ki, Azərbaycanda hazırda AzTV və "İdman Azərbaycan" birgə olaraq Almaniya, İspaniya və İngiltərə çempionatlarının, "İctimai" İtaliya A Seriyasının oyunlarını canlı yayımlayır.
