31 mart 2012 11:18
Premyer Liqa, 26-cı tur: Asim Xudiyevin proqnozu
Azərbaycan futbolunun veteranı Asim Xudiyev azerisport.az saytı üçün Premyer Liqanın 26-cı turunun oyunlarına proqnozlarını açıqlayıb.
Bakı – Qəbələ
Hər iki komanda üçün çox vacib oyundu. Hər ikisinin medallara şansı böyük olmasa da, qalmaqdadı. “Bakı” qələbə qazanmağa çalışacaq. Lakin “Qəbələ” də hədiyyə olmadığını artıq isbatlaya bilib. Onlar “Qarabağ”a qarşı çox yaxşı oynadılar, sadəcə qol vura bilmədilər. Fikrimcə, heç-heçə olacaq.
Xəzər Lənkəran – İnter
Məncə, bu komandaların çempionatdakı oyunu bir neçə gün öncə baş tutan kubok görüşündən çox fərqli keçəcək. Mənə elə gəlir ki, Yunis Hüseynov komandasını bu oyuna daha yaxşı hazırlaşdıra biləcək və “Xəzər Lənkəran” qələbə qazanacaq.
Qarabağ – Neftçi
Bu matç liderlərin görüşüdü. Nəticəsini öncədən müəyyənləşdirmək bir qədər çətindi. “Neftçi” son oyunlarda yaxşı təsir bağışlayır. Bundan əlavə sonuncu kubok oyununda əsas heyət oyunçularına da istirahət verilmişdi. Oyun heç-heçə başa çatacaq.
Bu matç liderlərin görüşüdü. Nəticəsini öncədən müəyyənləşdirmək bir qədər çətindi. “Neftçi” son oyunlarda yaxşı təsir bağışlayır. Bundan əlavə sonuncu kubok oyununda əsas heyət oyunçularına da istirahət verilmişdi. Oyun heç-heçə başa çatacaq.
Simurq – AZAL
AZAL hazırkı liderliyini qorumaq istəyir. Heyətinə görə də “təyyarəçilər” “Simurq”dan güclüdü. Zaqatala klubunda isə bu mövsüm işlər yaxşı getmir. Amma bu görüşdə heç-heçə olacağını düşünürəm.
Sumqayıt – Turan
“Sumqayıt”da işlər o qədər də yaxşı deyil. “Turan” isə əksinə son dövrlər özünə gəlməkdədi. Amma belə heyət və oyunla tovuzlular qələbə seriyasını davam etdirə bilməz. Mənə elə gəlir ki, “Sumqayıt” qələbə qazanacaq.
Kəpəz – Turan
“Kəpəz” də kubokda mübarizəni dayandırdığından bütün gücünü çempionata ayıracaq. Eyni zamanda “Rəvan” da mövsümün sürpriz komandalarındandı. Onlar çempionata çox yaxşı başlamışdılar. Amma sonradan həmin tempi saxlaya bilmədilər. Bu görüşdə də heç-heçəyə üstünlük verirəm.
