31 mart 2012 00:01
Qarabağ - Neftçi matçına təyinatlar açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turuna təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq növbəti turun bütün oyunlarının hakim-inspektorları və AFFA nümayəndələri bəllidi.
Lakin AFFA Hakimlər Komitəsi ənənəsinə sadiq qalaraq yenə hakim təyinatlarını açıqlamayıb. Qeyd edək ki, altılıq oyunları başlayandan bəri sözügedən qurum hakim təyinatlarını yalnız oyun günlərində açıqlayıb.
Digər təyinatlar, eləcə də matçların keçirilmə yerləri və başlama saatları aşağıdakı kimidi:
Premyer Liqa
26-cı tur
1 aprel (bazar)
Sumqayıt - Turan
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 14:00.
Bakı - Qəbələ
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Qurban Məmmədov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
Simurq - AZAL
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
Qarabağ - Neftçi
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.
Xəzər Lənkəran - İnter
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 18:00.
2 aprel (bazar ertəsi)
Kəpəz - Rəvan
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Murad Məmmədov.
Gəncə. Şəhər stadionu. Saat 16:00.
