31 mart 2012 00:28
Təbriz Həsənov: AÇ-2016 Azərbaycan üçün tarixi bir şansdı
Futbol üzrə Azərbaycanın 17 yaşlılardan ibarət yığmasının baş məşqçisi Təbriz Həsənov azerisport.az saytına müsahibəsində bir sıra sualları cavablandırıb.
- Bu yaxınlarda Azərbaycan 2006-cı ildə 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatına ev sahibliyinə yiyələndi. Sizcə, bu turnir futbolumuza nə qazandıra bilər?
- Bu, böyük turnirdi. Biz çalışıb onu yüksək səviyyədə keçirməliyik. Avropa çempionatının final mərhələsi bizim futbolçular üçün də gələcəyin ulduzlarına qarşı mübarizə aparmaq imkanı yaradacaq. Azərbaycanı AÇ-2016-da ötən əsrin son illərində anadan olmuş oyunçular təmsil edəcəklər. Hazırda 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatı səkkiz komandanın iştirakı ilə keçirilir. Amma bildiyimə görə, UEFA iştirakçıların sayını 16-ya çatdırmaq istəyir və Bakıdakı turnirdə də belə olacaq.
- AÇ-2016-ya qədər biz güclü komanda formalaşdıra bilərikmi?
- Bizim də əsas hədəfimiz məhz bundan ibarətdi. Avropa çempionatında iştirak etmək çox gözəldi. Amma bunu layiqli şəkildə həyata keçirmək lazımdı. Yəqin ki, yaxın zamanlarda 1999-2000-ci il təvəllüdlü uşaqlar arasında seleksiya işlərinə başlayacağıq. Qalan müddət ərzində güclü kollektiv formalaşdırmaq mümkündü.

- Dörd ilə belə bir komanda yaratmaq mümkündürmü?
- Niyə də yox? Hazırda ilk altılıqda çıxış edən klubların demək olar ki, hamısının öz məktəbi, akademiyası var. Biz “İnter”, “Bakı”, “Qəbələ”, “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran” kimi klubların uşaq komandalarından çoxlu perspektivli oyunçular tapa bilərik. Bu, çətin işdi. Amma bu tarixi şansdan yararlanmağa borcluyuq.

- Adətən belə turnirlərə ev sahibliyi edən komanda böyük üstünlüyə malik olur. Sizcə, komandamız pley-off mərhələsinə kimi irəliləyə bilər?
- Ən azından yarımfinal haqda düşünmək olar. Əgər biz düzgün yolla irəliləsək, komanda özünü yaxşı tərəfdən göstərə bilər. Biz güclü kollektiv yarada bilərik. Eyni zamanda özümüzün güclü fanat ordumuzun olması da istisna deyil. AÇ-2016-ya hamımız birgə hazırlaşmalıyıq.

- Sizcə, hazırkı U-17 əvvəlki uğurunu təkrarlamağa qadirdi?
- Hazırda komandamız təlim-məşq toplanışındadı. Apreldə biz Qazaxıstanda keçiriləcək Prezident kubokunda çıxış edəcəyik. Daha sonra bizi Moldovada və Bakıda da oxşar beynəlxalq turnirlər gözləyir. Biz AÇ-2013-ə tam hazır olmalıyıq. Ona görə də belə çoxlu turnirlərdə qüvvəmizi sınayırıq. AÇ-dəki rəqiblərimiz heç də asan komandalar deyil. İspaniya, Bolqarıstan, Polşa kimi komandalarla görüşəcəyik. Amma qrupdan çıxmağa borcluyuq.