31 mart 2012 19:21
Sivasspor Cihansız məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkaranın komandası "Sivasspor" bu gün Türkiyə Super Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin komkandası qardaş ölkə çempionatının 33-cü turu çərçivəsində “İstanbul BB” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilib. Lakin sivaslılar bu üstünlüklərindən yararlana bilməyiblər. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Baş məşqçi Rza Çalımbay bu oyunda Cihana şans verməyib. O, ötən turda olduğu kimi, bu dəfə də ehtiyatda qalıb.
Qeyd edək ki, “Sivasspor” hazırda 32 oyundan sonra 47 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Türkiyə Super Liqası
33-cü tur
31 mart
Sivasspor - İstanbul BB - 0:1
Qol: Vellinqton, 58.
