31 mart 2012 19:05
Vüqar Əsgərov oynadı, komandası qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov bu gün Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 2-ci turu çərçivəsində “Jurmala” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma doğma meydanda keçirilib. Bu üzdən də meydan sahibləri ilk turda olduğu kimi, bu matçdan da qalib ayrılmağa borclu idilər. Gözlənildiyi kimi, "Metallurg" bu şansdan maksimum yararlanıb.
Baş məşqçi Vladimir Osipov bu oyunda Vüqara da şans verib. Lakin mövsümün açılış oyununda olduğu kimi, Əsgərov bu oyunda da son dəqiqələrdə (87) meydana çıxıb.
Qeyd edək ki, Liepaya klubu hazırda 2 oyundan sonra 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Jurmala” isə 1 xalla 10 komanda arasında 7-cidi.
Latviya çempionatı
2-ci tur
31 mart
Metallurg - Jurmala - 2:0
Qollar: Krjauklis, 49, Kalns, 89-pn.
