31 mart 2012 12:47
UEFA-dan Vengerə sərt cəza
UEFA İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Vengerə sərt cəza kəsib. Azerisport.az xəbər verir ki, fransalı mütəxəssis Avropa kuboklarında komandasının növbəti 3 oyununu texniki zonadan kənarda izləyəcək.
O, eyni zamanda 40 min avro cərimə də ödəyəcək. Cəzaya Çempionlar Liqasının 1/8 finalında “Arsenal”ın İtaliya “Milan”ını 3:0 hesabı ilə yendiyi cavab görüşündən sonra Vengerin qeyri-etik davranışı səbəb göstərilir. 63 yaşlı baş məşqçi oyunun sloveniyalı baş hakimi Damir Skominanı yanlış idarəçilikdə suçlayıb. Onun fikrincə, Skomina “Arsenal”ın qapısına həddən artıq cərimə zərbəsi təyin edib.
Qeyd edək ki, cavab görüşündə “Milan”ın qapısından 3 top keçirməsinə baxmayaraq, “Arsenal” 1/4 finala yüksələ bilməyib. Çünki İtaliya təmsilçisi ilk görüşdə daha böyük hesabla qalib gəlib – 4:0.
