1 aprel 2012 13:47
Mərkəzi oyunları idarə edəcək hakimlər bəlli oldu
Premyer Liqanın 26-cı turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun baş hakimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Hakimlər Komitəsi Quzanlıda baş tutacaq oyuna Anar Salmanovu təyin edib.
Turun digər mərkəzi oyununa - “İnter” – “Xəzər Lənkəran” matçına isə Elçin Məmmədov göndərilib.
Digər oyunları aşağıdakı referilər idarə edəcəklər:
Sumqayıt – Turan: Vüsal Əliyev
Sumqayıt – Turan: Vüsal Əliyev
Bakı – Qəbələ: Rauf Cabbarov
Simurq – AZAL: Orxan Məmmədov
