1 aprel 2012 17:27
“Oyunun gedişi məni tam qane etmədi”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 26-cı turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Oyunun gedişi məni tam qane etmədi. Belə oyunlarda qalib gəlmək çox çətin olur. Mövsümün sonuna yaxın komanda problemlərlə rastlaşır. Qarşıdakı oyunlarda bundan yaxşı oynamalıyıq”.
