1 aprel 2012 17:36
Bernard Raab: Qələbə qazanmaq üçün daha yaxşı oynamağımız lazımdı
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 26-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“90 dəqiqə ərzində qalib müəyyən olmadı. Halbuki, hər iki komanda qələbə qazanmağı çox istəyirdi. Bunun üçün tərəflər sona kimi mübarizə də apardı. Lakin qələbə qazanmaq mümkün olmadı. Fikrimcə, komandam buna nail olmaq üçün daha yaxşı oyun sərgiləməli idi. Qarşıdakı oyunlarda son pillədən çıxmağa çalışacağıq”.
