1 aprel 2012 18:06
“Avrokuboklara düşmək üçün var gücümüzlə çalışacağıq”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 26-cı turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Oyuna əla başladıq, qol vurduq. Lakin daha sonra buraxdığımız səhvlər ucbatından məğlub olduq. Avrokuboklara düşmək üçün var gücümüzlə çalışacağıq. Mükafatçılar sırasında düşmək şansımızı saxlayırıq”.
