1 aprel 2012 18:28
İnterin prezidenti Fələstində istedad axtarır
Fələstin milli komandasının Azərbaycan yığmasına qarşı keçirdiyi ilhamverici oyununun təsiri altında “İnter”in prezidenti Georgi Nikolov yeni futbol istedadlarının axtarışı məqsədilə bu ölkəyə səfərə yollanıb. Azerisport.az xəbər verir ki, Nikolov səfəri zamanı "Əl-Blast", "Əl-Hun" və "Əl-kRoket" komandalarının bazalarına baş çəkib.
İdmançı mübadiləsi sahəsində klublar arasında müqavilələr imzalanıb. Xatırladaq ki, Fələstin “İnter”in xarici klublarla qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılması sahəsində artıq üçüncü layihəsidi. İlk münasibətlər 2008-ci ildə Tonqa krallığıyla ("İnter Tonqapatu"), ikincisi isə 2009-cu ildə Əfqanıstanla("Kabul" PİK) yaradılmışdı. “Bankirlər” çox ümidlər vəd edən layihədən artıq ilk nəticələr gözləyirlər.
