1 aprel 2012 18:37
“Biz öz imkanlarımızdan faydalandıq”
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev Premyer Liqanın 26-cı turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Oyun ağır keçdi. Hər iki komandanın fərqlənmək üçün imkanları oldu. Biz öz imkanlarımızdan faydalandıq, hər iki hissədə fərqləndik və qalib gəldik. Komandamı qələbə münasibəti ilə təbrik edirəm”.
