1 aprel 2012 18:41
“Bərabər səviyyəli oyun oldu”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 26-cı turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcüstanlı çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Yaxşı oyun oldu. Hesabı açsaq da, üstünlüyü qoruya bilmədik. AZAL əks-hücumlardan yaxşı istifadə edir. Bərabər səviyyəli oyun oldu. Hər iki komanda qol imkanları yaratsa da, rəqibimiz bu imkanlardan daha səmərəli faydalandı”.
