1 aprel 2012 19:03
Qurban Qurbanov ilk yarıdan narazı, ikincidən razı qaldı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Meydana qələbə əzmi ilə çıxmışdıq. Birinci hissədə səhvlərimiz oldu. İkinci hissədə isə komanda bir qədər yaxşı oynadı. Futbolçular daha çox top saxlayır, meydanda çox hərəkət edirdilər. Bu gün bir xal qazandıq, bundan sonra çempionatın digər oyunlarını düşünəcəyik”.
