1 aprel 2012 21:05
Yunis Hüseynov: Ümid edirəm ki, Tsxadadze məndən üzr istəyəcək
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 26-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı komandasının 2:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Eyni komandayla 3-4 gün fasilə ilə ardıcıl qarşılaşmaq kifayət qədər çətindi. Özü də “İnter”ə kubokda uduzduğumuz üçün, uşaqları bu oyuna kökləmək çox çətin idi. Amma şadam ki, hər şeyə rəğmən qələbə qazana bildikş Bu münasibətlə bütün oyunçularımı təbrik edirəm. Bu gün onlar “İnter”ə qapımız qarşısında qol vəziyyəti yaratmağa imkan vermədilər”.
Yunis Hüseynov matçdan sonra ona qarşı kəskin etirazla yadda qalan rəqib həmkarı – Kaxaber Tsxadadzenin hərəkətinə də münasibətini açıqlayıb: “Kaxaber düzgün hərəkət etmədi. Görünür o, məni başqa məşqçilərlə səhv salır. Ümid edirəm ki, buna görə məndən üzr istəyəcək”.
