1 aprel 2012 11:38

Mahmud Qurbanov: Özümü məşqçi kimi də sınamaq istəyirəm

“Sumqayıt”ın təcrübəli futbolçusu Mahmud Qurbanov azerisport.az saytına müsahibəsində komandasının uğursuz çıxışından, eləcə də çempionatımızdakı mübarizədən danışıb.
 
- Yeddi oyuna yeddi məğlubiyyət. Nə baş verir?
- Bəli, hər şey çox pisdi. Elitada qalmaq şanslarımız çox azdı. “Sumqayıt” son dövrlər çox pis oynayır. Komandamızda gənc futbolçulara güvənilir. Lakin onlar da ümidləri doğrultmurlar. Mən komandanın oyunundan çox narazıyam. Belə vəziyyətdən necə çıxacağımız məni çox narahat edir. Təcrübəli futbolçular əllərindən gələni edirlər ki, uduzmayaq. Amma göründüyü kimi, bu, kifayət etmir.
 
- Bəs necə olur ki, “Sumqayıt”ın futbolçularının əksəri müxtəlif yaş qruplarından ibarət yığmalara dəvət alırlar?
- Bu, mənim özümü də çox düşündürür ki, onlar necə normal oyun sərgiləyə bilmir. Axı səni yığmaya çağırırlarsa, öz üzərində daha çox işləməyə borclusan. Yığma komanda böyük məsuliyyət deməkdi və ora bərbad oyun sərgiləmək üçün getməməlisən. Təəssüf ki, “Sumqayıt”ın gəncləri özlərini göstərə bilmirlər. Halbuki, bu, onlar üçün çox gözəl bir şansdı. Lakin göründüyü kimi, Premyer Liqada oynaya bilmirlər. Buna baxmayaraq, sona kimi mübarizəmizi davam etdirəcəyik.
 
- Qarşıdakı turda keçmiş klublarınız – “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Bu oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- Hər iki komanda çempionluğa oynayır. Hesab edirəm ki, bu oyun qızıl medallar yolunda çox böyük əhəmiyyət kəsb edir. “Qarabağ”ın liderlər xal fərqini azaltmaq üçün əla imkanı var. “Neftçi” üçün də eyni zamanda izləyicilərindən aralanmaq şansı var. Hər iki komanda son dövrlər yaxşı oyun sərgiləyir. Eyni zamanda kubokdakı mübarizələrini də davam etdirirlər. Şəxsən mən baxımlı oyun və çoxlu qol gözləyirəm.
 
- Hansı komandanı daha şanslı hesab edirsiz?
- Belə oyunlarda aşkar favorit olmur. İstənilən halda turnir cədvəlində ön pillələrdə gedən komandalar oynayır. Əlbəttə, “İnter”lə “Xəzər Lənkəran”ın da çempionluq şansları qalmaqdadı. Amma mən daha çox “Qarabağ”la “Neftçi”ni qızıl medallara yaxın hesab edirəm. “Neftçi”də 4-5 futbolçu var ki, istənilən oyunun taleyini həll edə bilərlər. “Qarabağ”ın əsas gücü isə komanda oyunundadı.
 
- “Qəbələ” və “Xəzər Lənkəran”ın ölkə kubokundan kənarlaşmasını necə qarşıladınız?
- “Qəbələ” altılıq mərhələsinə çox əla başlayıb. Kubokda isə bəxtləri gətirmədi. Çünki ağdamlılar səfərdə vurduqları qollar sayəsində üstünlük qazanmışdılar. “Xəzər Lənkəran”a gəlincə, Yunis Hüseynova vaxt vermək lazımdı. O, özünü “Karvan”da isbatlaya bilmişdi. Odu ki, Lənkəranda da yaxşı kollektiv formalaşdıra biləcək. Sadəcə komandaya çox pis vaxtda gəldi. Artıq onların oyununda irəliləyiş hiss olunmağa başlayıb. Tam komplektləşmə üçün isə vaxt lazımdı. Bu komandanın avrokuboklara qatılmaq şansları qalmaqdadı.
 
- “Qarabağ”dan əlavə kubokda “Bakı”, “İnter” və “Neftçi” də yoluna davam edir. Bu komandaların şanslarını necə dəyərləndirərdiz?
- “Bakı”dan başqa digər komandaların çempionatda da yaxşı şansları var. Bu üzdən də mənə elə gəlir ki, biz baxımlı futbol izləyəcəyik. Amma mənə elə gəlir ki, komandalar elə də çox riskə getməyəcəklər. Burda hər şeyə iki oyunda aydınlıq gələcək. Bütün komandalar sona kimi mübarizə aparacaqlar. Bunu xüsusilə “Bakı”ya aid edərdim. Bu komanda ötən mövsüm də avrokuboklara qatıla bilməmişdi. Odu ki, yenə eyni uğursuzluğu təkrarlamamaq üçün əllərindən gələni edəcəklər.
 
- Yaxınlarda məşqçi kurslarına yazılmısız. Bu, o deməkdi ki, hansısa komandanı çalışdırmaq istəyirsiz?
- Bəli, həmin kurslarda iştirak etdim. Mən karyeramı bitirəndən sonra futboldan tam getmək istəmirəm. Fikrimcə, gələcəkdə hansısa komandanı çalışdırmağım mümkündü. Mən həmişə özümü belə bir sınaqdan keçirmək haqda düşünmüşəm. Əgər belə bir şans qazansam, istifadə edəcəyəm. Amma hazırda sadəcə B kateqoriyasını almaq üçün çalışıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.