1 aprel 2012 00:07

Hər şey Qarabağla Xəzər Lənkəranın əlində

Bu gün və sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun əksər oyunları bu gün baş tutacağı halda, yalnız bir qarşılaşma sabah oynanılacaq.
 
Turun açılış matçında çempionatımızın iki aşkar autsayderi üz-üzə gələcək. Belə ki, qış fasiləsindən sonra bir qayda olaraq bütün rəqiblərinə uduzan “Sumqayıt” hətta bir neçə tur öncə sonuncu pilləyə düşdü. Sumqayıt təmsilçisini qabaqlayan “Turan” isə əskinə son turlarda bir qədər inamlı çıxışı ilə seçilir. Məhz bunun məntiqi nəticəsi kimi tovuzlular nəinki son pillədən çıxmağa, hətta hazırda “Sumqayıt”ı 3 xal qabaqlamağa da nail oldular. Bu üzdən də meydan sahibləri bu görüşdən mütləq qalib ayrılmalıdılar. Əks halda sumqayıtlılar üçün son pilləni tərk etmək çox çətin olacaq. Altı xallıq oyunda tovuzluların qələbə qazanması isə bu fərqi daha da artıra bilər. Maraq üçün xatırladaq ki, təsnifat mərhələsində bu komandaların Sumqayıtdakı görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatmışdı. Elə “Turan” da öz meydanındakı oyunda eyni hesabla üstün olmuşdu. Tərəflərin bu dəfəki matçının necə bitəcəyini isə 90 dəqiqənin tamamında biləcəyik.
 
İkinci altılıq çərçivəsində baş tutacaq digər görüş “Simurq”la AZAL arasında baş tutacaq. Bu görüşü də müəyyən mənada prinsipial saymaq olar. Ən azı ona görə ki, ikinci altılığa liderlik edən paytaxt klubu kimi, “Simurq” da mövsümü mümkün qədər üst pillələrdə başa vurmaq istəyir. Bu üzdən də doğma meydanda baş tutacaq oyunda “təyyarəçilər”i məğlub etmək vacib əhəmiyyət kəsb edir. Lakin bu, heç də asan olmayacaq. Çünki təsnifat mərhələsindəki ev oyununda bakılılar 3 cavabsız qolla qələbə qazanmışdılar. Elə səfərdəki oyun da zaqatalalılar üçün çox uğursuz bitmişdi. Paytaxt təmsilçisi 5:1 hesablı darmadağına imza atmışdı. Buna görə Zqatala klubu AZAL-dan həmin darmadağınların qisasını almağa da çalışacaq. Amma Bakı təmsilçisinin də liderliyini əldən verməməsi üçün qələbə qazanmaqdan başqa çıxış yolu yoxdu. Əks halda bir gün sonra meydana çıxacaq “Rəvan” 3 xal qazanacağı halda, “təyyarəçilər”i qabaqlayacaq. Paytaxt klubunun kubokdakı mübarizəsini dayandırması da Rafiq Mirzəyevin yetirmələrinin bütün fikrini çempionata yönəldəcəyi anlamına gəlir.
 
İlk oyun gününün qalan üç görüşü isə iddialılar arasında baş tutacaq. Turun mərkəzi oyununda lider “Neftçi” səfərdə əsas izləyicilərindən biri "Qarabağ"ın qonağı olacaq. Hazırda son ölkə çempionu ilə Ağdam klubu arasında cəmi beş xallıq fərq var. Təbii ki, meydan sahiblərinin qazanacağı qələbə bu fərqi ikiyə endirəcək və belə olan halda Premyer Liqada mübarizə daha da qızışmış olacaq. Lakin maraqlıdı ki, Qurban Qurbanovun komandası əzəli rəqibi ilə cari mövsümkü oyunlarda bir qayda olaraq uduzur. Təsnifat mərhələsində Bakıda keçirilən oyunda 2 cavabsız qolla öndə olduğu halda sonda 3 top buraxaraq məğlub olan bölgə klubu doğma meydanda da 1:2 hesablı yenilgiyə üzülmüşdü.
 
Düzdü, “Qarabağ” qış fasiləsindən sonra xeyli inamlı təsir bağışlayır və məğlubiyyət tanımır. Bu üzdən ağdamlıların nəhayət şənbə günü sindroma son qoyacağını düşünmək olar. Lakin “Neftçi” də zirvədəki yerini asanlıqla verənə oxşamır. Paytaxt klubu qələbə qazanacağı halda əsas izləyicilərindən 8 xal aralana da bilər. Hər halda bakılılar da belə bir üstünlüyə yiyələnmək üçün əllərindən gələni edəcəklər.
 
Daha bir prinsipial və gərgin mübarizə "Xəzər Lənkəran"la "İnter" arasında baş tutacaq. Maraqlıdı ki, elə bu komandalar da turnir cədvəlində bir-birinə qonşudular və 6 xallıq oyuna çıxacaqlar. Paytaxt klubu son dövrlər heç də uğurlu çıxış etməyən “ağ-yaşıllar”dan aralanmaq üçün növbəti xal və ya xallarını qazanmağa çalışacaq. Çünki “bankirlər” özləri də son oyunlarda ardıcıl məğlubiyyətlə üzləşdiyi üçün liderdən xeyli aralı düşüb. Hətta “Qarabağ”ı da özündən irəli buraxan “İnter” “Xəzər Lənkəran”la uğurlu oyunlar seriyasını davam etdirməyə çalışacaq.
 
Qeyd edək ki, bakılılar bu rəqibi ilə təsnifat mərhələsindəki hər iki oyunda eyni hesablı qələbə qazanan tərəf olmuşdu – 1:0. Bu azmış kimi, tərəflərin kubok mübarizəsində də “bankirlər” üstün oldular. Elə bu yaxınlarda baş tutan 1/4 mərhələsində bir-birinə rəqib olan paytaxt və Lənkəran klublarının duelində “İnter” Bakıda 3:2 hesabıyla qalib gəlmiş, səfərdə də 1:1 hesablı heç-heçə sayəsində mərhələ adlamışdı. Bir sözlə, “bankirlər” cənub təmsilçisi üçün əsl başağrıya çevrilib. Həftə içi doğma meydanda bu rəqibinə məğlubiyyətdən qaçan lənkəranlılar ardıcıl ikinci oyunda qələbə qazanmaq istəyir. Bu, sözügedən klublar arasında xal fərqinin aradan qalxmasına şərait yarada bilər. Eyni zamanda Yunis Hüseynov da Premyer Liqadakı yubiley – 200-cü oyununda yeni komandasıyla ilk qələbə sevincini dada bilər. Belə olan halda “İnter” çempionatda “Neftçi” və “Qəbələ” məğlubiyyətlərinin ardından daha bir zərbə almış olacaq. Mümkün heç-heçə isə tərəflərin heç birini qane etmir.
 
Nəhayət, ilk altılığın daha bir görüşü favoritlər arasında autsayder olan komandalar - "Bakı" və "Qəbələ" arasında baş tutacaq. “Bakı” ölkə kubokunda AZAL-ı mübarizədən kənarlaşdırmasına, son turda səfərdə “Xəzər Lənkəran”ı məğlub etməsinə baxmayaraq, çempionatda heç də yüksək şanslara malik deyil. Əvəzində “Qəbələ” son dövrlər inamlı çıxışı ilə sürpriz vəd etməkdədi. Hər halda ilk altılığın son pillələrində qərarlaşan tərəflərin öz aralarındakı oyunu da çox şeyə aydınlıq gətirmiş olacaq. “Bakı” qələbə qazanacağı halda, özündən öndə olan “Qəbələ” ilə xal fərqini ikiyə endirəcək. Qonaqların qələbəsi bu fərqi daha da artıra bilər. Mümkün heç-heçə də istisna olunmamalıdı. Hansı ki, təsnifat mərhələsində bu komandaların Qəbələdəki oyunu məhz belə başa çatmışdı - 0:0. Paytaxt baş tutan görüşdə isə “Bakı” qələbəyə sevinmişdi - 2:1.
 
Hesabat turunun qapanış matçında isə "Kəpəz"lə "Rəvan" münasibətlərinə aydınlıq gətirmiş olacaqlar. Maraqlıdı ki, paytaxt klubu bu mövsümün ən sürpriz komandalarından sayılmasına, hətta ilk altılıqda mübarizə aparan rəqiblərilə görüşlərdə əsl başağrısına çevrilməsinə rəğmən, gəncəlilərlə görüşlərdə uğursuzluq yaşayır. Belə ki, təsnifat mərhələsinin Gəncədəki görüşündə meydan sahibləri 3:2 hesabıyla qalib gəlmişdilərsə, Bakıdakı oyunda “Rəvan” yenə 1:2 hesablı yenilgiyə üzülmüşdü.
 
Premyer Liqa
26-cı tur
1 aprel (bazar)
 
Sumqayıt - Turan
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 14:00.
 
Bakı - Qəbələ
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Qurban Məmmədov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
 
Simurq - AZAL
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
 
Qarabağ - Neftçi
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.
 
Xəzər Lənkəran - İnter
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 18:00.
 
2 aprel (bazar ertəsi)
 
Kəpəz - Rəvan
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Murad Məmmədov.
Gəncə. Şəhər stadionu. Saat 16:00.
 
1
Neftçi
25
17
2
6
49 - 23
26
53
2
Qarabağ
25
14
6
5
31 - 16
15
48
3
İnter
25
14
6
5
24 - 14
10
48
4
Xəzər L
25
13
6
6
34 - 22
12
45
5
Qəbələ
25
12
6
7
34 - 26
8
42
6
Bakı
25
11
5
9
29 - 25
4
38
 
1
AZAL
25
9
5
11
37 - 40
-3
32
2
Rəvan
25
8
7
10
27 - 31
-4
31
3
Kəpəz
25
7
5
13
31 - 42
-11
26
4
Simurq
25
6
6
13
22 - 37
-15
24
5
Turan
25
5
3
17
19 - 35
-16
18
6
Sumqayıt
25
4
3
18
18 - 44
-26
15
 
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benouahi (AZAL), Yuri Fomenko (Kəpəz)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.