1 aprel 2012 17:57
Amit Türkiyədə növbəti qələbəsinə sevindi (YENİLƏNİB)
Futbol üzrə Türkiyənin Bank Asya birinci liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası doğma divarlar arasında “Gaziantep BB” ilə qarşılaşıb. Son dövrlər uğursuz çıxışı ilə diqqət çəkən Kayseri klubu nəhayət bu dəfə meydan amilindən yararlanıb, qələbə qazanmağa nail olub.
Son oyunda 73 dəqiqə forma geyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi Kemalettin Şentürk futbolçumuza da şans verib. Lakin bu dəfə oyuna ehtiyatda başlayan Quluzadə 77-ci dəqiqədə Serkan Atakın əvəzinə meydana çıxıb.
Qeyd edək ki, Kayseri klubu hazırda 28 oyundan sonra 39 xalla 8-ci pillədə qərarlaşıb.
Türkiyə Bank Asya birinci liqası
28-ci tur
1 aprel
Erciyesspor - Gaziantep BB - 2:1 (2:0)
Qollar: Sofiane Hanni, 8, Recep Berk Elitez, 12 - Abdullah Halman, 61.
